NATO Ukraynaya dəstəyini bir daha dilə gətirib

NATO Ukraynaya dəstəyini və bu ölkənin NATO standartlarına uyğunlaşmasına yardım etməyə davam edəcəyini açıqlayıb.

1760218
NATO Ukraynaya dəstəyini bir daha dilə gətirib

NATO Ukraynaya dəstəyini və bu ölkənin NATO standartlarına uyğunlaşmasına yardım etməyə davam edəcəyini açıqlayıb.

NATO-nun Baş katibi Yens Stoltenberq Belçikanın paytaxtı Brüsseldə Ukrayna Baş nazirinin müavini Olqa Stefanişina ilə mətbuat konfransı keçirib.

Ukraynanı dəstəkləməyə və bu ölkənin NATO standartlarına uyğunlaşmasına kömək etməyə davam edəcəklərini bildirən Stoltenberq deyib:

"Avropada hər hansı bir ölkənin, hansı təhlükəsizlik nizamına qoşulacağı da daxil olmaqla, öz yolunu seçmək barədə güzəştə getməyəcəyik. Ukraynanın nə vaxt  NATO üzvü olması Ukraynanın və  30 NATO üzvünün qərarıdır. Başqa heç kimin söz deməyə haqqı yoxdur.".

Ukrayna Baş nazirinin müavini Stefanişina da Rusiyanın Ukraynanı işğal etmək üçün sərhədə kifayət qədər əsgər yığacığını hər kəsin görməli olduğunu bəyan edib və bunun qarşısını almaq üçün lazım olan hər addımı atmağın vacibliyini vurğulayıb.

Stefanişina ölkəsinin istədiyi ittifaqa qoşulmaq hüququna malik olduğunu deyib:

"Avro-Atlantik inteqrasiya Ukrayna konstitusiyasında mövcutdur və xalqın böyük əksəriyyəti tərəfindən dəstəklənir. Bu, müzakirə mövzusu və ya kozır olaraq istifadə ediləcək bir şey deyil".

Olqa Stefanişina NATO-nun “açıq qapı siyasətini” dəyişməyəcəyinə inandıqlarını bəyan edərək, Ukrayna kimi NATO-ya üzv olmaq istəyən ölkələrin vəziyyətinə aydınlıq gətirilməsini tələb edib.

Qeyd edək ki, Rusiya ordusunun son aylarda Ukrayna sərhəddində hərbi istehkamla təmin edilməsindən sonra NATO ilə Rusiya arasında gərginlik artıb və münasibətlər soyuq müharibədən sonra ən aşağı səviyyəyə düşüb.



Әlaqәli Xәbәrlәr