Myanmanın məşhur siyasətçisi Aun San Su Çi haqqında həbs qərarı

Myanmanın sabiq  hökumət rəsmisi  4 il müddətinə azadlıqdan məhrum edilib

1759756
Myanmanın məşhur siyasətçisi Aun San Su Çi haqqında həbs qərarı

Myanma məhkəməsi respublikanın sabiq dövlət müşaviri Aun San Su Çini 4 il müddətinə azadlıqdan məhrum edib.

Qərar onunla bağlı aparılan məhkəmə prosesi çərçivəsində çıxarılıb. Ona qarşı irəli sürülən digər ittihamlar lisenziyasız ratsiyaların və siqnalboğucu cihazların saxlanması ilə bağlıdır.

Ötən il dekabrın 27-si növbəti qərarın çıxarılması gözlənilsə də, dəqiqləşdirilməmiş səbəblərdən bu, təxirə salınıb.

Dekabrın əvvəli Aun San Su Çi orduya qarşı düşmənçiliyin qızışdırılması və koronavirusun profilaktikası ilə bağlı qaydaların pozulması ittihamı ilə daha 2 il müddətinə azadlıqdan məhrum edilib. Daha əvvəl ona qarşı təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması haqqında qanunun pozulması, həmçinin korrupsiya kimi bir sıra ittihamlar irəli sürülüb.

 



Әlaqәli Xәbәrlәr