İsrail əsgərləri İordan çayının qərb sahilində bir fələstinlini şəhid edib

İşğal altındakı İordan çayının qərb sahilinin şimalında yerləşən və İsrail əsgərlərinin basqın etdiyi Balata Fələstin qaçqın düşərgəsində silahlı qarşıdurmada bir fələstinli gənc şəhid olub.

1757804

Düşərgə sakini fələstinli jurnalist Emin Əbu Virde İsrail qüvvələrinin Nablus şəhərindəki Balata qaçqınlar düşərgəsinə basqın etdiyini bildirib.

Əbu Virde fələstinli müqavimətçilərin düşərgəyə basqın edən İsrail əsgərlərinə silahla cavab verdiyini, burada baş verən qarşıdurmada gənc fələstinli Bakir Haşşaşın ağır yaralandığını qeyd edib.

Bakir Haşşaşın müdaxiləyə baxmayaraq aparıldığı Nablusdakı Rafediya Dövlət xəstəxanasında xilas ola edilə bilmədiyini ifadə edən Əbu Virde İsrail qüvvələrinin düşərgədən çəkilərkən bir fələstinlini də saxladığını bildirib.

Haşşaşın anasının oğlu üçün ağlayan görüntüləri sosial mediada yayılıb, hələlik Fələstin və ya İsrail rəsmilərindən hadisə ilə bağlı heç bir açıqlama verilməyib.

İsrail əsgərləri fələstinliləri həbs etmək üçün İordan çayının qərb sahilinin müxtəlif hissələrinə basqın edərkən zaman-zaman qarışıqlıq və ya silahlı toqquşmalar baş verir.

Әlaqәli Xәbәrlәr