Bu ölkədə ölümlərin 20 faizi hava kirliliyindəndir

"Eko Akcija" Dərnəyinin sözçüsü Anes Podic hava kirliliyinin təkcə Saraybosna ilə məhdudlaşmadığını bildirərək deyib...

1757083
Bu ölkədə ölümlərin 20 faizi hava kirliliyindəndir

 

  Bosniya Herseqovinada ölümlərin təxminən 20 faizinin hava çirkliliyinə bağlı səbəblərdən qaynaqlandığı bildirilib.

  "Eko Akcija" Dərnəyinin sözçüsü Anes Podic hava kirliliyinin təkcə Saraybosna ilə məhdudlaşmadığını bildirərək deyib: "Bosniya Herseqovinanın əksər şəhərləri eyni problemlə mübarizə aparır. Paytaxt Saraybosna ilə yanaşı Banyaluka, Tuzla və Zenitsa da hava çirkliliyinin ən çox olduğu şəhərlər arasındadır.  

  Dünya Bankı Bosniya Herseqovinada hava kirliliyinə görə ölümlərin ildə 3400, Avropa Ətraf Mühit Agentliyi isə təxminən 5000 olduğunu bildirib. Bu, çox böyük rəqəmlərdir. Belə çıxır ki, Bosniya Herseqovinada ölümlərin 20 faizi hava çirkliliyinə bağlı səbəblərdən qaynaqlanır.

  Xüsusilə ağciyər və ürək xəstələri, nəfəs çatışmazlığı olanlar, hamilə, körpə, uşaq və yaşlılar çirkli havadan uzaq olan yerlərdə olmalıdır. Bu xəstələr və yaş qrupları hava kirliliyinin çox olduğu günlərdə vacib olmadıqca evdən çölə çıxmamalıdır.

  Evdə isinmək üçün hər şeyi yaxırıq. İstədiyimiz maşına istədiyimiz növ yanacaq istifadə edirik. Nəticədə hava çirkliliyini artırırıq. Bu mövzuda təəssüf ki, bir idarə mexanizmimiz yoxdur."



Әlaqәli Xәbәrlәr