ABŞ-ın keçmiş prezidenti fırıldaqçılıqda ittiham edilir

Donald Trampın övladları atalarının fırıldaqçılıq əməli şübhəsi ilə əlaqədar ifadə veriblər

1756638
ABŞ-ın keçmiş prezidenti fırıldaqçılıqda ittiham edilir

ABŞ-ın sabiq prezidenti Donald Trampın qızı İvanka Tramp və oğlu kiçik Donald Tramp Birləşmiş Ştatların sabiq dövlət başçısının biznesi ilə bağlı aparılan təhqiqatla əlaqədar Nyu-York şəhər Prokurorluğuna çağırılıb.

İstintaq sabiq president Donald Trampın fırıldaqçılıq əməlindən şübhələrə görə aparılır. İddiaya görə, Trampın şirkətlərindən biri vergi hesabatlarında daha aşağı qiymət göstərib, lakin imtiyaz əldə etmək üçün daha yüksək səhm qiyməti qeyd olunub.

 



Әlaqәli Xәbәrlәr