ÜST: "Delta" və "Omicron" variantları bir arada koronavirus sunamisinə səbəb oldu

Fransa 208 min yoluxma sayı ilə ardıcıl ikinci gün Avropada indiyədək açıqlanan ən yüksək gündəlik rəqəmi bildirdi.

1754458
ÜST: "Delta" və "Omicron" variantları bir arada koronavirus sunamisinə səbəb oldu

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus "Delta" və "Omicron" variantlarının birləşməsinin təhlükəli "Covid-19" yoluxma hallarının sunamisinə səbəb olduğunu söyləyib.
Tedros Adhanom Qebreyesusun açıqlaması ABŞ və Avropa ölkələrində yeni hallar üzrə rekordların qırıldığı bir vaxtda gəldi.

O bildirib ki, ümumi yoluxma hallarının arxasında iki variantın "əkiz təhdidi" var.

"Bu, tükənmiş tibb işçilərinə və dağılma ərəfəsində olan səhiyyə sistemlərinə böyük təzyiq göstərməyə davam edəcək" ÜST rəhbəri deyib.

Fransa 208 min yoluxma sayı ilə ardıcıl ikinci gün Avropada indiyədək açıqlanan ən yüksək gündəlik rəqəmi bildirdi.

Cohns Hopkinsə görə, ABŞ keçən həftə orta hesabla 265,427 hadisənin olduğunu bildirdi.

Danimarka, Portuqaliya, İngiltərə və Avstraliya da rekord qıran rəqəmləri açıqlayıb.

Polşa çərşənbə günü 794 nəfərin "Covid-19"-dan öldüyünü bildirdi. Bu da dördüncü pandemiya dalğasında ən yüksək ölüm sayıdır.

Bunların dörddə üçündən çoxu peyvənd olmayanlardır.



Әlaqәli Xәbәrlәr