Rina Amiri əfqan qadınlarının hüquqlarını müdafiə edəcək

ABŞ əfqan qadınlarının hüquqlarını müdafiə etmək üçün xüsusi  nümayəndə təyin edib.

1754531
Rina Amiri əfqan qadınlarının hüquqlarını müdafiə edəcək

ABŞ Dövlət katibi Entoni Blinken Əfqanıstandan çəkildikdən sonra əfqan qadınları, qızları və insan haqları məsələləri ilə məşğul olmaq üçün xüsusi nümayəndə təyin etdiyini açıqlayıb.

Bildirilib ki, Dövlət Departamentinin əfqan qadınlarını, qızlarını və insan haqlarını dəstəkləmək üçün siyasətinə dəstək vermək üçün Rina Amiri xüsusi nümayəndə, Stefani Foster baş məsləhətçi təyin olunub.

Blinken “İki yüksək ixtisaslı və hörmətli məmur Dövlət Departamentinin əfqan qadınlarını, qızlarını və insan haqlarını dəstəkləmək üçün mühüm işini irəli aparacaq” ifadəsini işlədib.

"Xüsusi nümayəndə kimi Amiri mənim, bu idarənin və ABŞ-ın milli təhlükəsizliyi üçün kritik əhəmiyyət kəsb edən, hər baxımdan qadınların, qızların və digər risk altında olan icmaların insan hüquqları və əsas azadlıqları məsələlər üzərində işləyəcək. Bütün əfqanların siyasi, iqtisadi və sosial inklüzivlik baxımından yaşaya və inkişaf edə biləcəyi dinc, sabit və təhlükəsiz bir Əfqanıstan istəyirik. Xüsusi nümayəndə Amiri bu məqsədlə mənimlə sıx əməkdaşlıq edəcək" -deyə E. Blinken qeyd edib.

ABŞ avqust ayında Əfqanıstanı tərk etdi və geri çəkilmə zamanı ölkədə böyük xaos yaşandı.

Paytaxt Kabilin Talibanın əlinə keçməsindən sonra on minlərlə əfqan ABŞ təyyarələri ilə ölkədən qaçmağa cəhd etmişdi.



Әlaqәli Xәbәrlәr