Koronavirusun yeni variantı “Omicron” ilə bağlı şad xəbər

Amerika Birləşmiş Ştatları (ABŞ) Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) Covid-19-un Omicron variantında ölüm və xəstəxanaya yerləşdirmə riskinin Delta ilə müqayisədə daha az olduğunu bildirib.

1754690
Koronavirusun yeni variantı “Omicron” ilə bağlı şad xəbər

CDC direktoru Rochelle Walensky Ağ Evdəki mətbuat konfransında bu barədə danışıb: “Covid-19”-un Omicron variantı son həftələrdə sürətlə yayılır. Baxmayaraq, xəstəxanaya yerləşdirmə və ölüm nisbətləri Delta variantı ilə müqayisədə daha azdır. Son 7 gündə pozitiv hadisələrin sayı bir əvvəlki həftə ilə müqayisədə 60% artaraq gündə təxminən 240 min, xəstəxanada yerləşdirilmələr 14% artım ilə 9 min olaraq qeydə alınıb. Ölüm nisbəti isə 7% azalaraq gündə təxminən 1100-ə enib”.

ABŞ Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Dr. Anthony Fauci də “Omicron”-un Delta variantı ilə müqayisədə müsbət hallarda və xəstəxanaya yerləşdirmələrdə daha aşağı bir qrafik izlənəcəyini, Covid-19 əleyhinə peyvəndlərin mübarizə üçün kritik olacağını vurğulayıb. “Omicron”-a qarşı ikinci gücləndirici peyvəndə zərurət ola biləcəyini ifadə edən Fauci əlavə etdi ki, mövcud gücləndirici vaksinlərin nə qədər qorunma təmin etdiyinə dair kifayət qədər məlumat yoxdur.



Әlaqәli Xәbәrlәr