Braziliyada leysan yağışları nəticəsində ölənlərin sayı artıb

Braziliyanın şimal-şərqindəki Bahiya ştatında güclü yağışlar nəticəsində yaranan daşqın və torpaq sürüşmələri 24 nəfərin həyatına son qoyub.

1754461

141 bələdiyyədən 132-də fövqəladə vəziyyət yaranıb. Ümumilikdə, 630 minə yaxın insan yağışların fəsadlarından zərər çəkib, 54 minə yaxın insan evini tərk etmək məcburiyyəti ilə üzləşib, 37 mindən çox sakin evsiz qalıb, 434 nəfər yaralanıb.

Braziliyanın şimal-şərqində yerləşən Bahiya ştatının cənubunda, keçən həftədən bəri yağan leysan yağışları səbəbiylə baş verən sel fəlakətində 37 şəhərin tamamilə su altında qaldığı açıqlanıb.

Bahiya ştatının valisi Rui Kosta təbii fəlakətin və "Covid-19" epidemiyasının eyni anda əyalətə təsir etdiyini və cənubdakı bəzi şəhərlərdə bütün dərmanların və peyvəndlərin yararsız hala düşdüyünü bildirib.

Әlaqәli Xәbәrlәr