MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilib

Dekabrın 28-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilib.

1753915
MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilib

Dekabrın 28-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilib.
Görüşdə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım Comert Tokayev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Özbəkistan Prezidenti Şövkət Mirziyoyev, Tacikistan Prezidenti İmaməli Rəhman və Türkmənistan Prezidenti Qurbanquli Berdiməhəmmədov iştirak ediblər.

Görüşün gündəliyini koronavirus təşkil edib. 

Rusiya Prezidenti Putin çıxışında bildirib ki, bu il MDB-nin yaranmasının 30 illiyi tamam olur. Onu qeyd etmək istərdim ki, son illərdə bir çox şey maraqlı şəkildə dəyişdi. Bununla belə birlik əlbəttə lazım olan yerdə qurulub. Həm ölkələrimizin təhlükəsizliyinin təmin edilməsi, həm də iqtisadi sahələrdə inteqrasiya müxtəlif istiqamətlərdə dərinləşib".

Sovet İttifaqından qalan münasibətlərin “müsbət” rol oynadığını vurğulayan Putin bunun "Covid-19" dövründəki çətinlikləri aradan qaldırmağa kömək etdiyini söyləyib.

“Rusiya bu əlaqələri hər zaman dəstəkləyib və gələcəkdə də dəstəkləyəcək”, - deyə Putin bildirib.

Sammitdən sonra Rusiya Prezidenti Putin Qazaxıstan Prezidenti Tokayevlə görüşüb. İkitərəfli münasibətlərin müzakirə edildiyi görüşdə Putin ilin əvvəlində Tokayevi Rusiyaya dəvət edib.



Әlaqәli Xәbәrlәr