Fələstin Prezidenti Abbas və İsrailin müdafiə naziri görüşüb

Fələstin Prezidenti Mahmud Abbas 2016-cı ildə Şimon Peresin dəfn mərasimindən sonra ilk dəfə İsrailə səfər edib.

1753910
Fələstin Prezidenti Abbas və İsrailin müdafiə naziri görüşüb

Fələstin Prezidenti Mahmud Abbas 2016-cı ildə Şimon Peresin dəfn mərasimindən sonra ilk dəfə İsrailə səfər edib.

İsrailin müdafiə naziri Beni Gantz Abbası Roş Haayindəki evində qonaq edib.

Görüş İsrail hökumətinin qurulmasından sonra ikinci dəfə baş tutub.

Abbası İsraillə əlaqələr üzrə müşaviri Hüseyn əl-Şeyx və Fələstin kəşfiyyatının rəhbəri Məcid Fərəc müşayiət edib.

İsrail Müdafiə Nazirliyinin ofisi görüşlə bağlı məlumat paylaşıb.

Məlumatda görüşdə həm təhlükəsizlik, həm də mülki bölgələrdə müxtəlif mövzuların müzakirə edildiyi bildirilib və "Görüş təxminən 2,5 saat davam edib. İsrailin müdafiə naziri Fələstin prezidentinə etimad yaradan əməliyyatlarını davam etdirməyə istəkli olduqlarını söyləyib" ifadələri yer alıb. 

İsraillə əlaqələrdən məsul Fələstin Mülki İşlər İdarəsinin rəhbəri, nazir Hüseyn əl-Şeyx də "Twitter" hesabında Prezident Abbasın Gantz ilə görüşdüyünü bildirib.

Beynəlxalq ictimaiyyətin qərarları istiqamətində siyasi bir yol açılması imkanlarının müzakirə edildiyini qeyd edən Şeyx təhlükəsizlik, iqtisadi və humanitar mövzular, xüsusilə İordan çayının qərb sahilində yəhudi məskunlaşanları səbəbindən yaşanan gərginliyin müzakirə edildiyini dilə gətirib.



Әlaqәli Xәbәrlәr