NATO-nun Rusiyaya təklifi

NATO Rusiyaya yanvarın 12-də təhlükəsizlik məsələsində danışıqlar aparmağı təklif edib.

1753351
NATO-nun Rusiyaya təklifi

NATO Rusiyaya yanvarın 12-də təhlükəsizlik məsələsində danışıqlar aparmağı təklif edib.

NATO Mətbuat Xidmətindən verilən bəyanatda NATO-nun Baş katibi Yens Stoltenberqin Rusiya və NATO nümayəndələrinə təhlükəsizlik sazişi layihəsini müzakirə etmək üçün yanvarın 12-ni təklif etdiyi bildirilib.

"Stoltenberq Rusiya-NATO Şurasının sədri kimi 2022-ci il yanvarın 12-də görüş təklif edib. Rusiya ilə təmasdayıq", - bəyanatda deyilir.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Rusiya və NATO-nun danışıqlar aparması məntiqli olardı" deyib.

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko isə deyib ki, tarix, model, format və nümayəndə heyətində kimlərin olacağı üzərində fəaliyyətlər davam edir.



Әlaqәli Xәbәrlәr