Yəməndə koalisiya qüvvələri Sanaya hava zərbələri endirib

Yəməndə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri paytaxt Sanaya hava hücumu təşkil etdiklərini açıqlayıb.

1752786
Yəməndə koalisiya qüvvələri Sanaya hava zərbələri endirib

Yəməndə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri paytaxt Sanaya hava hücumu təşkil etdiklərini açıqlayıb.
Səudiyyə Ərəbistanının "SPA" xəbər agentliyinin verdiyi açıqlamada 2014-cü ilin sentyabrından husilərin nəzarətində olan Sanada silahların bir nöqtədən digərinə daşındığının təsbit edildiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, sözügedən nəqliyyatın qarşısı alınıb və mövcud təhlükəyə cavab olaraq hava hücumu təşkil edilib və mülki şəxslərə Sanadakı Hava Hücumundan Müdafiə Məktəbinə yaxınlaşmamağa çağırılıb.

Açıqlamada həmçinin qeyd olunub ki, sözügedən hava zərbələri beynəlxalq humanitar hüquq və normalara uyğundur.

Qeyd edək ki, Sanada husilərin nəzarətində olan ərazilərə hava zərbələri intensivləşdirilib.

Husilərdən mövzu ilə bağlı heç bir açıqlama verilməyib. Ərəb koalisiyası son günlər Sanada husilərin nəzarətində olan ərazilərə hava zərbələrini artırıb.

Uzun müddətdir siyasi qeyri-sabitliyin hökm sürdüyü Yəməndə İranın dəstəklədiyi husilər 2014-cü ilin sentyabrından paytaxt Sana və bəzi bölgələrə nəzarət edir.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ilin mart ayından husilərə qarşı Yəmən hökumətinə dəstək verir.



Әlaqәli Xәbәrlәr