Braziliyada daşqınlar nəticəsində 18 nəfər həlak olub

Braziliyanın Bahia əyalətində güclü yağışların səbəb olduğu sel fəlakətində onlarla şəhər su altında qalıb, həyatını itirənlərin sayı 18-ə yüksəlib.

1752789
Braziliyada daşqınlar nəticəsində 18 nəfər həlak olub

Braziliyanın Bahia əyalətində güclü yağışların səbəb olduğu sel fəlakətində onlarla şəhər su altında qalıb, həyatını itirənlərin sayı 18-ə yüksəlib.
Bahia Dövlət Mülki Müdafiə və Mühafizə Nəzarəti (Sudec) tərəfindən yayılan açıqlamada noyabr ayından bəri davam edən yağışlar nəticəsində bölgədə həyatını itirənlərin sayının 18-ə yüksəldiyi, 2 nəfərin isə itkin düşdüyü bildirilib. Son bir həftədə leysan yağışları səbəbiylə baş verən sel fəlakətlərindən 430 min 869 nəfərin zərər çəkdiyi bildirilib.
Açıqlamada Bahiada 16 min 1 nəfərin evini itirdiyi, 19 min 580 adamın təxliyə edildiyi bildirilib. 15 milyondan çox əhalisi olan Bahia ştatının leysan yağışları və daşqınlar səbəbindən 72 şəhərində fövqəladə vəziyyət elan edilib.
Bahia əyalətinin qubernatoru Rui Kosta daşqının böyük bir bölgəyə təsir etdiyini və 37 şəhərin tamamilə su altında qaldığını açıqlayıb.

Digər tərəfdən, Bahia əyalətinin Itambe şəhəri və Vitoria de Konquista şəhəri yaxınlığında iki bənd çöküb.

Uçqunlar nəticəsində ölən və ya yaralananlar barədə məlumat verilməsə də, Itambedəki bəndin çökməsi səbəbindən Verruqa çayı yaxınlığında yaşayanlar üçün təxliyə çağırışı edilib.

Braziliyanın şimal-şərqində yerləşən Bahia əyalətinin cənubunda keçən həftədən bəri yağan güclü leysan səbəbiylə daşqınlar yaşanır.



Әlaqәli Xәbәrlәr