Banqladeşdə gəmidə yanğın baş verib, onlarla ölü var

Cənubi Asiya ölkəsi Banqladeşin cənubunda Suqandha çayında üzən kruiz gəmisində yanğın baş verib.

1751971
Banqladeşdə gəmidə yanğın baş verib, onlarla ölü var

Yerli vaxta görə saat 03:00 radələrində baş verən hadisə nəticəsində 38 nəfər ölüb.

TRT-nin yerli mənbələrə istinad etdiyi xəbərinə görə hələlik 38 nəfərin öldüyü yanğın, Bərənin paytaxt Dəkkədən Barqunaya doğru hərəkəti zamanı baş verib. Yanğından təsirlənən 50-dən çox sərnişin xəstəxanalarda yerləşdirilib ki, onlardan bəzilərinin vəziyyəti ağır olduğu üçün həyatını itirənlərin sayının artabiləcəyi ehtimal olunur. Yanğının səbəbi hələlik məlum olmasa da, axtarış-xilasetmə işləri davam edir. Gəminin göyərtəsində təxminən 500 nəfər olub.



Әlaqәli Xәbәrlәr