2021-ci ildə 150 ​​minə yaxın yəmənli evlərini tərk edib

Cari il əksəriyyəti Marib, Taiz və Hudeydadan olan təxminən 150 min yəmənli evlərini tərk edib.

1751913
2021-ci ildə 150 ​​minə yaxın yəmənli evlərini tərk edib

2021-ci ildə Yəməndə baş verən şiddətli döyüşlər səbəbindən 150 minə yaxın vətəndaş evlərini tərk etmək məcburiyyətində qalıb.

Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) tviter səhifəsində məlumat yayılıb.

Məlumatda bildirilib ki, cari il əksəriyyəti Marib, Taiz və Hudeydadan olan təxminən 150 min yəmənli evlərini tərk edib.

Yəmən hökuməti müharibə başlayandan bu günədək məcburi köçkünlərin sayının 4,1 milyon nəfərə çatdığını açıqlayıb.

Qeyd edək ki, Yəməndə 2014-cü ilin sentyabrından silahlı qarşıdurma davam edir. Husilər paytaxt Sana da daxil olmaqla ölkənin qərbində geniş ərazilərə nəzarəti ələ keçirib. Hökumət qüvvələri Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının dəstəyi ilə 2015-ci ilin mart ayından husilərə qarşı döyüşür.



Әlaqәli Xәbәrlәr