Nigeriyada bir milyondan çox Covid-19 əleyhinə peyvənd məhv edildi

Nigeriya hökuməti yeni növ koronavirus (Covid-19) əleyhinə mübarizə çərçivəsində başqa ölkələrdən göndərilən istifadə müddəti sona çatmış bir milyondan çox “AstraZeneca” peyvəndini məhv edib.

1751672
Nigeriyada bir milyondan çox Covid-19 əleyhinə peyvənd məhv edildi

Milli Qida, Dərman İdarəetmə və Nəzarət Mərkəzinin (NAFDAC) direktoru Mojisola Adeyeye bu barədə məlumat verib: “11-19 oktyabr tarixlərində ölkəmizə göndərilən 2,6 milyon doza “AstraZeneca” peyvəndinin çoxunun istifadə müddəti sona çatıb. Aparılan bir neçə sınaqdan sonra istifadə müddəti sona çatmış 1 milyon 66 min doza AstraZeneca peyvəndini məhv etmək qərarına gəldik”.

Nigeriya Milli Sağlamlıq Xidmətləri Agentliyinin (NPHCDA) direktoru Faisal Şuaib də hökumətin istifadə müddəti qısa olan vaksinləri artıq qəbul etməyəcəyini bildirib.

 



Әlaqәli Xәbәrlәr