Madaqaskarda gəmi qəzasında ölənlərin sayı artıb

Madaqaskarda gəminin batması nəticəsində həyatını itirənlərin sayı 83-ə yüksəlib.

1751580
Madaqaskarda gəmi qəzasında ölənlərin sayı artıb

TRT xəbər verir ki, bu barədə Madaqaskar Dəniz və Çay Limanı Agentliyi məlumat yayıb. Bildirib ki, dekabrın 20-nə keçən gecə ölkənin şimal-şərqində batan gəminin göyərtəsində olan 138 nəfərdən 83-ü həyatını itirib. Onlardan 50-i xilas edilərkən 5-i itkin düşüb. Bildirilir ki MS Francia II adlı gəmi batdıqdan sonra bölgəyə gedən bir vertolyot da qəzaya uğrayıb. Nəticədə Baş nazirliyin bir rəsmisi həyatını itirib. Ölkədə milli matəm elan edildiyi bildirilib.



Әlaqәli Xәbәrlәr