Entoni Blinken Josep Borrell arasında telefon danışığı olub

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Blinken və Borrelin telefonla danışdıqlarını açıqlayıb.

1751440
Entoni Blinken Josep Borrell arasında telefon danışığı olub

Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Entoni Blinken Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell ilə Rusiyanın Ukrayna sərhədində silahlanmanı və Çinin Litvaya siyasi təzyiqini müzakirə edib.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Blinken və Borrellin telefonla danışdıqlarını açıqlayıb.

N. Prays “Dövlət Katibi və Ali Nümayəndə ABŞ-Aİ tərəfdaşlığını gücləndirmək və ortaq çətinliklərin öhdəsindən gəlmək üçün birgə işləməyə davam edən vədlərini təsdiqlədilər” deyib.

İki rəsminin Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləmək üçün koordinasiyalı açıqlamalar verib. Prays "Onlar bir daha təsdiq etdilər ki, Rusiyanın Ukraynaya hər hansı hərbi hücumu Rusiya Federasiyası üçün ciddi nəticələrə səbəb olacaq. Onlar həmçinin Çin Xalq Respublikasının Litvaya qarşı artan siyasi və iqtisadi təzyiqindən həm ABŞ, həm də Avropa şirkətlərinə təsir göstərməsi ilə bağlı ümumi narahatlığını vurğuladılar" deyə bildirib. 

Prays qeyd edib ki, Blinken və Borrell Çinin təzyiq edən davranışı qarşısında Litva ilə davam edən həmrəyliyi vurğuladılar və iqtisadi dayanıqlığı gücləndirmək üçün birlikdə işləməyə sadiq olduqlarını dilə gətirdilər.



Әlaqәli Xәbәrlәr