Avstraliyada yeni məhdudiyyətlərin tətbiqinə başlanıb

Avstraliyada koronavirus əleyhinə mübarizə çərçivəsində yenidən məhdudiyyətlər artırılır.

1751027
Avstraliyada yeni məhdudiyyətlərin tətbiqinə başlanıb

Avstraliyada yeni növ koronavirusun (Covid-19) aşkarlandığı gündən bəri ilk dəfə gündəlik yoluxmaların sayı 5 mini keçdiyi üçün yeni məhdudiyyətlər tətbiq edilməsi qərarına gəlinib.

Avstraliya hökumət rəhbəri Scott Morrison ştat və bölgə baş nazirlərinin iştirakı ilə keçirilən Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada koronavirus əliyhinə yeni tədbirlərin həyata keçirilməsi barədə danışıb. Kabinet yığıncağında sürətlə artan delta və omikron variantlarına qarşı görüləcək tədbirləri müzakirə etdiklərini ifadə edən Baş nazir: “Qapalı yerlərdə və ya sosial məsafənin qorunub saxlanıla bilməyəcəyi məkanlarda maska istifadəsini tövsiyə edirik”.

Onun sözlərinə görə Federal hökumət maska ​​taxmaq üçün bir qayda qoymasa da, əyalət hökumətləri maska ​​taxmağın məcburi olub-olmadığına öz ştatlarında qərar verəbiləcəklər.

Qərbi Avstraliya ştatının hökumət rəhbəri Mark McGowan da ştatda Omikron variantının hələ aşkarlanmadığını, lakin üçüncü dozanın yüksək yoluxucu omikron ştamına qarşı ümidverici olduğunu qeyd edib.

Rəsmi məlumatlara görə, Avstraliyada Covid-19 əleyhinə iki doza peyvənd vurulanların nisbəti 89,7%-ə, tək doza qəbul edənlərin isə 93,1%-ə çatıb.



Әlaqәli Xәbәrlәr