Müdafiə Nazirliyinə kiber hücum olub

Belçika Müdafiə Nazirliyinin kompüter sistemlərinə kiber hücum olub.

1750309
Müdafiə Nazirliyinə kiber hücum olub

TRT xəbər verir ki, Nazirliyin sözçüsü Olivier Severin bu barədə məlumat yayıb. Bildirib ki, keçən həftə cümə axşamı internetə çıxışı olan kompüter şəbəkəsinə hücum edilib. Hadisədən sonra problemin həlli üçün nazirliyin əməkdaşlarının səfərbər olduqlarına diqqət çəkən sözçü, təhlükəsizliyin bərpası uğrunda ciddi tədbirlərin görülməyə başlandığını bildirib. Kiber hücumun mənbəyinin hələlik bilinmədiyini sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr