Londonda Belarus səfirliyinə hücum olub

Belarusun London səfirliyinə hücum nəticəsində bir diplomatın yaralandığı, səfirliyin binasına ziyan dəydiyi bildirilib.

1750223
Londonda Belarus səfirliyinə hücum olub

Belarusun London səfirliyinə hücum nəticəsində bir diplomatın yaralandığı, səfirliyin binasına ziyan dəydiyi bildirilib.
Belarus Xarici İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, hücum zamanı diplomatın burnu və dişləri qırılıb.

Hadisədən sonra “Nadzeya” adlı radikal mühacir qruplaşmasına aid olduğu düşünülən hücumçulardan bəzilərinin nəzarətə alındığı bildirilib.

Eyni adlı "Facebook" qrupu keçən il Belarus hökumətinə qarşı kütləvi etiraz aksiyalarında müxalifəti  dəstəkləmək üçün yaradılıb.

Səfirliyə hücumla bağlı “tam araşdırma” tələbinin bir ingilis diplomatına göndərildiyi açıqlanıb.



Әlaqәli Xәbәrlәr