“2022-ci il epidemiyaya son qoyduğumuz il olmalıdır”

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus Yeni il şənlikləri ilə bağlı xəbərdarlıq edib

1750547
“2022-ci il epidemiyaya son qoyduğumuz il olmalıdır”

ÜST rəsmisinin sözlərinə görə, ötən il ərzində COVİD-19-dan 3,3 milyon insan ölüb. Bu, HİV/QİÇS, malyariya və vərəmdən ölənlərin sayından çoxdur:

Dünyada narahatlıq yaradan COVİD-19-un “Omicron” ştamı ilə bağlı da danışan Qebreyesus bildirib ki, indi sözügedən variant Delta ştamından əhəmiyyətli dərəcədə daha sürətli yayılır. Buna dair sübutlar var. Həmçinin, koronavirusdan peyvənd olunmuş və ya sağalmış insanların yoluxma və ya yenidən yoluxma ehtimalı daha yüksəkdir”. 

Milad bayramı və Yeni il şənliklərinin ləğv edilməli olduğunu vurğulayan ÜST-ün Baş direktoru insanları daha diqqətli olmağa çağırıb: “Ölkələr bu festival dövründə daha diqqətli olmalı və kütləvi izdihamı məhdudlaşdırmalıdır. Bu dövrdə bu cür təşkilatların təxirə salınması daha çox insan həyatını xilas edəcək. 2022-ci il epidemiyaya son qoyduğumuz il olmalıdır”-deyə Baş direktör vurğulayıb.



Әlaqәli Xәbәrlәr