Ərəb koalisiyası Sanadakı hərbi hədəfləri vurdu

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası qüvvələri husilərin nəzarətində olan Sana şəhərində "qanuni hərbi hədəflərə" hava zərbələri endiriblər.

1749650

Səudiyyə Ərəbistanının rəsmi "SPA" agentliyinin koalisiyadan verdiyi açıqlamaya görə, hücumlarda pilotsuz uçuş aparatlarından istifadə edilib.

Açıqlamada bölgədəki mülki şəxsləri hədəf alınan nöqtələrdən uzaq durmağa çağırıb.

Husilər hava hücumu ilə bağlı hələlik heç bir açıqlama verməyib.

Uzun müddətdir siyasi qeyri-sabitliyin hökm sürdüyü Yəməndə İranın dəstəklədiyi husilər 2014-cü ilin sentyabrından paytaxt Sana və bəzi bölgələrə nəzarət edir.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ilin mart ayından husilərə qarşı Yəmən hökumətinə dəstək verir.

Әlaqәli Xәbәrlәr