Cozep Borrel: "Avropa İttifaqı masada olmalıdır"

Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali komissarı Cozep Borrell bildirib ki, Avropa İttifaqı da Rusiya ilə danışıqlarda iştirak etməlidir.

1749661
Cozep Borrel: "Avropa İttifaqı masada olmalıdır"

Avropa İttifaqı Rusiya-ABŞ və NATO üçbucağında mümkün danışıqlar masasında olmaq istəyir.

Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel bildirib.

C. Borrell bölgədəki son vəziyyətlə bağlı qələmə aldığı məqaladə yazıb: "Diplomatiya həmfikir tərəflərlə ortaq şəkildə həyata keçirildiyi təqdirdə ən yaxşı nəticəni verəcəkdir. Avropa təhlükəsizlik əsasları ilə bağlı hər hansı müzakirədə təbii olaraq Avropa İttifaqı masada olmalıdır".
Cosep Borrell bildirib ki, Rusiya Xarici İşlər Nazirliyinin Qərbdən təminat tələb edən təklif layihəsi NATO-nun avropalı üzvlərinə də aiddir. Çox aydındır ki, Avropa İttifaqı bu müzakirələrin tərkib hissəsi olmalıdır.

Borrell Rusiya ilə hər hansı görüş zəmini üçün Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına işarə edib.
Rusiya ABŞ və NATO-ya göndərdiyi təhlükəsizlik zəmanətləri təklifində NATO-nun şərqə doğru genişlənməsindən imtina etmək öhdəliyi barədə zəmanət istəmişdi. 
Təklifdə həmçinin ABŞ-dan keçmiş Sovet İttifaqı ölkələrində və NATO-ya daxil olmayan ölkələrdə hərbi bazalar yaratmaması tələb olunub.



Әlaqәli Xәbәrlәr