Çin gəmiləri Yaponiyanın ərazi sularına daxil olub

Çinin iki gözətçi gəmisi mübahisəli Senkaku adaları ərazi sularına daxil olub.

1749903
Çin gəmiləri Yaponiyanın ərazi sularına daxil olub

TRT xəbər verir ki, bu barədə Yaponiyanın Sahil Mühafizəsi məlumat yayıb. Bildirib ki, Çin gəmiləri Yaponiyanın milli ərazi sularını pozub. Gəmilər yerli vaxtla saat 04:00 radələrində Taishoo adaları ətrafındakı Yaponiya ərazi sularının əhatə etdiyi mübahisəli zonada balıqçı gəmilərinə yaxınlaşıb. Saat 09:00 radələrində isə adalardan 2 kilometr şimala qədər irəliləyiblər. Qeyd edilir ki, Çin gəmiləri, Yaponiya Sahil Mühafizəsinin xəbərdarlığından sonra ərazini tərk ediblər.

NHK ictimai yayımının məlumatına görə, Çin bayrağı altında üzən gəmilər bu il 34-cü dəfə Yaponiya ərazi sularına daxil olublar. Şərqi Çin dənizində Yaponiyanın "Senkaku" və Çinin "Diaoyu" adlandırdığı arxipelaq 5 ada və 3 qayadan ibarətdir. Heç kimin yaşamadığı arxipelaq uzun müddətdir ki, iki ölkə arasında suverenlik mübahisələrinə səbəb olub.



Әlaqәli Xәbәrlәr