Çilidə ölkənin yeni prezidenti Qabriel Boric oldu

Çilidə keçirilən prezident seçkilərinin ikinci turunda qeyri rəsmi nəticələrə görə solçu namizəd 35 yaşlı Qabriel Boric ölkənin yeni prezidenti olub.

1749672
Çilidə ölkənin yeni prezidenti Qabriel Boric oldu

Çili Seçki Komitəsindən yayılan açıqlamada səs qutularının 92 faizinin açıldığı, səslərin 55 faizini “etibarı dəstəkləyirəm” alyansının namizədi, solçu Qabriel Boriçin, 44%-i isə Respublikaçılar Partiyası namizəd Xose Antonio Kastın topladığı bildirilib.

Kast sosial media hesabından paylaşdığı açıqlamada: “Boriklə danışdım və onu böyük qələbəsi münasibətilə təbrik etdim. Bu gündən etibarən o, Çilinin seçilmiş prezidentidir, o, hər cür hörmətə və konstruktiv əməkdaşlığa layiqdir”. 35 yaşlı Qabriel Boriç Çilinin ən gənc prezidenti olub.


Etiketlәr: #Qabriel Boric , #Çili

Әlaqәli Xәbәrlәr