Sudanda qaçırılan Türklər xilas edilib

Sudanın qərbində yerləşən Şimali Darfur əyalətində iki gün əvvəl oğurlanan Türkiyə vətəndaşları Sudan təhlükəsizlik qüvvələrinin təşkil etdiyi əməliyyat nəticəsində xilas edilib.

1745546
Sudanda qaçırılan Türklər xilas edilib

 TRT xəbər verir ki, bu barədə Türkiyənin Xartum səfiri İrfan Neziroğlu məlumat yayıb. Bildirib ki, Faşir şəhərində işlədikləri elektrik stansiyasından evə qayıdarkən qaçırılan mühəndis Fırat Can Baran və Ömər Cünedioğlu, Sudan təhlükəsizlik qüvvələrinin əməliyyatı nəticəsində xilas edilib.

Xatırladaq ki, Somalidə Şimali Darfur əyalətinin Faşir şəhərində yerləşən Türkiyə elektrik stansiyasında işləyən iki Türkiyə vətəndaşı və onların sudanlı sürücüsü dekabrın 7-də axşam radələrində naməlum şəxslər tərəfindən qaçırılmışdı.



Әlaqәli Xәbәrlәr