İndoneziyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı artıb

İndoneziyanın Yava adasında Semeru vulkanının püskürməsi nəticəsində həlak olanların sayı artmaqda davam edir.

1744135
İndoneziyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı artıb

TRT  xəbər verir ki, ölənlərin sayı 34 nəfərə çatıb. Ötən gün 22 nəfərin öldüyü deyilirdi.

Daha 16 nəfər itkin düşüb. Bundan başqa, 50-yə yaxın şəxs müxtəlif dərəcəli xəsarətlər alıb. Bölgədə axtarış işləri davam etdirilir.

Qeyd edək ki, Semeru vulkanı dekabrın 4-də püskürüb. 3 min  676 metr hündürlüyü olan Semeru İndoneziyada aktiv olan 130 vulkandan biridir.



Әlaqәli Xәbәrlәr