Mərkəzi Afrika Respublikasında üsyançılar daha bir şəhərə nəzarəti ələ keçirib

Mərkəzi Afrika Respublikasının (OAC) Kouanqo şəhərinə nəzarət “Dəyişiklik üçün Vətənpərvər Koalisiya” (CPC) adlı üsyançı qrupun əlinə keçib.

1742430
Mərkəzi Afrika Respublikasında üsyançılar daha bir şəhərə nəzarəti ələ keçirib

TRT-nin ölkə mətbuatına istinad etdiyi xəbərinə görə “CPC” üsyançıların ölkənin şimalındakı Ouaka ərazisində yerləşən Kouanqo şəhərinə hücumu nəticəsindi təhlükəsizlik qüvvələri ilə CPC üzvləri arasında saatlarla davam edən toqquşmalardan sonra şəhərə nəzarət onlara keçib. Təhlükəsizlik qüvvələri Bambari şəhərinə getmək üzrə şəhərdən çıxıblar. Qarşıdurmalardan sonra bölgə sakinləri şəhəri tərk etməyə başlayıblar.

Qeyd edək ki, 2013-cü ildən bəri davam edən zorakılıqlarda əksəriyyəti müsəlman olmaqla minlərlə adam öldürülüb, 1 milyondan çox insan isə evlərindən didərgin düşüb.



Әlaqәli Xәbәrlәr