Sudanın Baş naziri Hamduk yeni təyinatlar edib

Sudanın Baş naziri Abdullah Hamduk ordu komandanı Əbdülfəttah əl-Burhanın təyin etdiyi nazir müavinlərini vəzifədən azad etdikdən sonra yeni təyinatlar edib

1741760
Sudanın Baş naziri Hamduk yeni təyinatlar edib

TRT-nin Sudan Baş nazirliyindən yayılan məlumata  əsaslandırdığı  xəbərinə görə Hamduk; Xarici İşlər, Ədliyyə, Kənd Təsərrüfatı və Meşə təsərrüfatı, Ticarət, Sənaye, Energetika və Neft, Suvarma və Su Ehtiyatları, Heyvandarlıq, Nəqliyyat, Rabitə, İnvestisiya və Beynəlxalq Əməkdaşlıq, Təhsil, Ali Təhsil, Səhiyyə, Əmək və İnzibati İslahat, İctimai İşlər, Sosial İnkişaf , Mədənçilik, Din İşləri, Fondlar- Gənclər və İdman nazirliklərinə yeni nazir müavinləri təyin edib. Qeyd edək ki, Oktyabrın 25-də həyata keçirilən  hərbi  çevrilişdən sonra  yaranan siyasi  böhranı aradan qaldırmaq üçün 21 noyabrda Burhan və Hamduk arasında siyasi razılaşma imzalanıb. Həmin razılaşmaya əsasən Hamduk texnokratik hökumət formalaşdırma vəzifəsini öhdəsinə götürüb.



Әlaqәli Xәbәrlәr