Qaçqın dolu iki gəmi toqquşdu

Turkas və Kaykosun şimal-qərbindəki Providensiales adası yaxınlığında iki gəmi bərk toqquşunca çevriliblər

1741695
Qaçqın dolu iki gəmi toqquşdu

 

  Kariblər dənizindəki Turkas (Turcas) və Kaykos (Caicos) adalarına üzən qaçqın dolu iki gəminin toqquşması nəticəsində 7 nəfər boğularaq həyatını itirib.

  Turkas və Kaykosun şimal-qərbindəki Providensiales adası yaxınlığında iki gəmi bərk toqquşunca çevriliblər.

  Dənizə düşən 64 qaçqından çoxu qurtarılıb, 7 nəfərsə boğulub.

  Axtarış-xilasetmə işləri davam edir.

  Bildirilir ki, qaçqınlar Haitidən olub.

  Polis qaçmağa çalışan 16 nəfəri nəzarətə götürüb.

  Qeyd edək ki, haitililer öz ölkələrindəki iqtisadi vəziyyət və təhlükəsizlik böhranı üzündən uzun müddətdir bölgədəki zəngin adalara can atır.



Әlaqәli Xәbәrlәr