Dünya şöhrətli türk ürək cərrahı ABŞ senatına namizədliyini irəli sürüb

ABŞ-da yaşayan dünya şöhrətli türk ürək cərrahı, professor Doktor Mehmet Öz Respublikaçı Partiyasından Senata namizəd olacağını açıqlayıb.

1741152
Dünya şöhrətli türk ürək cərrahı ABŞ senatına namizədliyini irəli sürüb

Mehmet Öz Pensilvaniya ştatından Respublikaçılar Partiyasından Senata namizədliyini irəli sürəcək.

“Washington Examiner”-ə müsahibə verən 61 yaşlı Doktor Öz belə bir qərara nə üçün qəldiyini  bu sözlərlər  ifadə edib: "Hökumətimizə və bir-birimizə qəzəblənirik. Böhranları keçmiş nəsillər qədər effektiv idarə edə bilməmişik. Yeni növ koronavirus (Covid-19) epidemiyası zamanı siyasətlə təbabəti qarışdırdıqda problemin həllindən daha çox siyasətin ön planda  olduğunu  müşahidə etdim. Bu səbəbdən problemlərin həllinə və sağalmalığa töhfə vermək üçün ABŞ Senatına namizədliyimi irəli sürdüm”.

ABŞ-da Covid-19 səbəbiylə 750 mindən çox insanın həyatını itirdiyini, lakin bu ölümlərin qarşısının almağın  mümkün olduğunu ifadə edən Öz, ABŞ epidemiyaya qarşı mübarizədə dünya lideri olmalı idi deyib.



Әlaqәli Xәbәrlәr