BMT: Fələstindəki maliyyə böhranı zorakılığı artıra bilər

Fələstinin ciddi maliyyə böhranı ilə qarşı-qarşıya olduğu və mümkün qədər tez tədbir görülmədiyi təqdirdə ölümlə nəticələnəcək zorakılığın yenidən artacağı xəbərdarlığı edilib.

1741079
BMT: Fələstindəki maliyyə böhranı zorakılığı artıra bilər

Fələstinin ciddi maliyyə böhranı ilə qarşı-qarşıya olduğu və mümkün qədər tez tədbir görülmədiyi təqdirdə ölümlə nəticələnəcək zorakılığın yenidən artacağı xəbərdarlığı edilib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Orta Şərq Sülh Prosesi üzrə xüsusi elçisi Tor Vennesland BMT Təhlükəsizlik Şurasında keçirdiyi brifinqdə “İordan çayının qərb sahilindəki ciddi maliyyə böhranı Fələstindəki qurumlarının sabitliyini təhdid edir” deyib.

Təcili iqtisadi xilasetmə paketi təklif edilsə belə, bunun mövcud vəziyyəti sakitləşdirmək üçün kifayət olmaya biləcəyini ifadə edən Vennesland yaxın zamanda addım atılmayacağı təqdirdə, ölümlə nəticələnəcək zorakılığın yenidən arta biləcəyi xəbərdarlığını edib.

İsrailin qeyri-qanuni məskunlaşmaları genişləndirmə planları da daxil olmaqla birtərəfli addımların İsrail ilə Fələstin arasında gərginliyi artırdığına və danışıqlara qayıtma ehtimalını azaltdığına diqqət çəkən Vennesland məskunlaşan israillilərin fələstinlilərə qarşı zorakılıqlarının qorxulu həddə çatdığını bildirib.

Vennesland "Oktyabrın 4-də məhsul yığımına başlanandan bəri 3000-dən çox zeytun ağacı zədələnib və məhsullar oğurlanıb. Fələstinli fermerlərə, könüllülərə və humanitar işçilərə fiziki hücumlar da qeydə alınıb" ifadəsini işlədib.

İsrailin qeyri-qanuni məskunlaşmalarının beynəlxalq hüququ pozduğunu qeyd edən Vennesland həmçinin İsraili fələstinlilərin evlərini sökməyə və təxliyyələri dayandırmağa çağırıb.



Әlaqәli Xәbәrlәr