Aleksandr Lukaşenko ölkə sərhədlərindəki vəziyyəti qiymətləndirib

Belarus Prezidenti Aleksandr Lukaşenko sərhədlərdəki gərginlik səbəbindən mümkün hücum və qanunsuz hərəkətlərə qarşı hazırlaşmağı tapşırıb.

1740512
Aleksandr Lukaşenko ölkə sərhədlərindəki vəziyyəti qiymətləndirib

Belarus Prezidenti Aleksandr Lukaşenko sərhədlərdəki gərginlik səbəbindən mümkün hücum və qanunsuz hərəkətlərə qarşı hazırlaşmağı tapşırıb.
Aleksandr Lukaşenko Müdafiə Nazirliyində hərbi təhlükəsizlik rəsmiləri ilə görüşündə etdiyi çıxışda sərhədlərindəki vəziyyəti qiymətləndirib.
Ölkəsinə qarşı gözlənilməz hücumların olduğunu qeyd edən Lukaşenko ölkəsinin hansısa mühacir böhranı ilə üzləşəcəyini ağlına belə gətirmədiklərini və bu böhranın dərinləşdiyini bildirib.

Qərbin mühacirlərdən Rusiya ilə münaqişə vəziyyətində Belarus ordusuna nəzarət etmək üçün istifadə etdiyini iddia edən Lukaşenko deyib:

“Ölkəmizə qaçqın axını azalıb. Çox güman ki, bu insanlardan özləri istifadə etdikləri üçün narahatdırlar. Bu insanlardan öz daxili problemlərini həll etmək və bizi böhranla qarşı-qarşıya qoymaq üçün istifadə edirlər”. 

Qaçqın böhranının insanların həlak olacağı həddə çatdığını bildirən və ölkəsinin Qərb sərhədlərinə yataq tulumları içində cəsədlərin atıldığını söyləyən Lukaşenko müdafiə naziri və Baş Qərargah rəisinə də “Belarusa qarşı ehtimal olunan hücum və qeyri-qanuni əməliyyatlara qarşı cavab cavab hazırlamağı” tapşırdığını bildirib. 

Belarus Dövlət Sərhəd Komitəsinin videogörüntülərlə verdiyi açıqlamada da Litva təhlükəsizlik qüvvələrinin mühacirlərin cəsədlərini Belarus sərhədlərinə atmaqda davam etdiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, ötən gecə Belarus-Litva sərhədində mühafizəçilər  döyülmüş və arıqlamış kişi cəsədi aşkar ediblər. Aparılan tədqiqatda cəsədin Litva sərhəddindən sürüklənərək Belarusa aparıldığına dair izlər olduğu qeyd edilib.

Açıqlamada istintaqın davam etdiyi bildirilib.

Açıqlamada ayrıca “Bu, Litva və Polşanın Avropa İttifaqının sərhəddindəki insanlara qarşı həyasız və qeyri-insani siyasətinin hazırkı 6-cı qurbanıdır” ifadələrdən istifadə edilmişdir.

Belarusun Qrodno bölgəsindəki Bruzgi sərhəd bölgəsində müvəqqəti olaraq hazırlanan logistika mərkəzinin qapalı sahəsində əksəriyyəti İraqdan gələn və Avropaya keçmək istəyən insanlar gözləməkdə davam edirlər.



Әlaqәli Xәbәrlәr