30 Noyabr – Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günüdür

1988-ci il noyabr ayının 30-da “Morris soxulcanı” adlanan ilk kompüter virusu elmi-tədqiqat institutları, hərbi idarələr, hətta Pentaqon da daxil olmaqla, ARPANET-in minlərlə qovşağının fəaliyyətini iflic vəziyyətinə saldı

1740420
30 Noyabr – Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günüdür

 

  Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününün qeyd olunmasının məqsədi kompüterdə saxlanılan informasiyanın təhlükəsizliyinin təmini, bu sahədə mövcud olan müxtəlif problemlərin həllinin önəmliyini istifadəçilərin, proqram vasitələri istehsalçılarının, o cümlədən ictimaiyyətin diqqətinə çatdırmaqdır.

  1988-ci il noyabr ayının 30-da “Morris soxulcanı” adlanan ilk kompüter virusu elmi-tədqiqat institutları, hərbi idarələr, hətta Pentaqon da daxil olmaqla, ARPANET-in minlərlə qovşağının fəaliyyətini iflic vəziyyətinə saldı. İlk kompüter virusunun vurduğu ziyan isə təxminən 100 milyon dollar dəyərində qiymətləndirilirdi. Bu hadisə bəşəriyyətin kompüter təhlükəsizliyi haqqında təsəvvürlərini dəyişdi. Məhz həmin vaxtda mütəxəssislər informasiya təhlükəsizliyinin təmini məsələlərinə kompleks yanaşmanın zəruriliyi haqqında ciddi düşünməyə başladılar.

  Müəllifinin adı ilə adlandırılan bu virusun yaradıcısı – Robert Morris proqramın kodunun məxfi saxlanılmasına nail olduğu üçün onun bu işdə əli olduğunu çətin ki, kimsə sübut edə bilərdi. Onun məqsədi isə sırf tədqiqat xarakteri daşıyırdı. Onun atası Milli Təhlükəsizlik Agentliyinin kompüter üzrə eksperti isə hesab edirdi ki, oğlu tutduğu əməlini etiraf etməlidir. R.Morrisi 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyirdi. Lakin məhkəmə Kornell Universitetinin “Hesablama texnikası” fakültəsinin aspirantına güzəşt edərək, “alim”ə üç il şərti cəza kəsdi.

  Elə həmin 1988-ci ildə Kompüter Avadanlığı üzrə Amerika Assosiasiyası 30 noyabr tarixini Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü (Computer Security Day) elan etdi. 



Әlaqәli Xәbәrlәr