Bu ölkələr koronavirusun "Omicron" ştamına görə sərhədlərini bağlayır

Yaponiya Cənubi Afrikada aşkarlanan yeni növ koronavirusun (Covid-19) Omicron variantına görə sərhəd tədbirlərini artırıb.

1740003
Bu ölkələr koronavirusun "Omicron" ştamına görə sərhədlərini bağlayır

TRT-nin Kyodo agentliyinə istinad etdiyi xəbərə görə,  Yaponiya hökuməti Afrika ölkələri Mozambik, Malavi və Zambiyanı “daha sərt tədbirlər tətbiq ediləcək ölkələr” siyahısına salıb.

Hökumətin  qərarına görə, çərşənbə axşamından etibarən əcnəbilər müəyyən şərtlər ilə ölkəyə qəbul ediləcəklər. Bu ölkələrdən Yaponiyaya gələn sərnişinlər əvvəlcədən müəyyən obyektlərdə 10 gün müddətində karantində saxlanılacaq və bu müddətin 3-cü, 6-cı və 10-cu günlərində PCR  testi ilə yoxlanılacaqlar. Botsvana, Esvatini, Lesoto, Namibiya, Cənubi Afrika və Zimbabveyə səyahət tarixləri müəyyən olan sərnişinlərin bu tətbiqə tabe olacağı daha əvvəl açıqlanmışdı.

Qeyd edək ki, Türkiyə də daxil olmaqla bir çox ölkə sözügedən yeni ştama görə Cənubi Afrikaya səyahət qadağası qoyur. İsraildə isə koronavirusun "Omicron" variantına qarşı, komitə təsdiqi istisna olmaqla, bütün əcnəbilərin ölkəyə girişi dayandırıldı.



Әlaqәli Xәbәrlәr