Sudanda etiraz aksiyalarında öldürülənlərin sayı artıb

Sudanda 25 oktyabrda başlayan etiraz aksiyaları anlaşma memorandumunun imzalanmasından sonra azalsa da davam edir.

1738293
Sudanda etiraz aksiyalarında öldürülənlərin sayı artıb

Sudanda ordunun hakimiyyəti ələ keçirdiyi oktyabrın 25-dən siyasi anlaşma memorandumunun imzalandığı 21 noyabra qədər mülki hakimiyyətin tələbi ilə keçirilən aksiyalara təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində 42 nəfərin həyatını itirdiyi bildirilib.

Ölkədə hərbçilərlə etirazçılar arasında siyasi razılaşmanın elan edildiyi 21 noyabrda nümayişlər zamanı başından güllə yarası alan 21 yaşlı Tayyib Bəhr Nasser vəfat edib.

Bu barədə Mərkəzi Həkimlər Komitəsi məlumat yayıb.

Qeyd edək ki, bir neçə həftədir davam edən etirazlardan sonra Sudan hərbçiləri oktyabrın 25-nə keçən gecə ölkənin baş naziri Abdullah Hamduku, eləcə də bir sıra yüksək vəzifəli məmurları və tanınmış siyasətçiləri həbs ediblər. Ölkə lideri, general Əbdülfəttah əl-Burxan ən yüksək hakimiyyət orqanlarını istefaya göndərib və fövqəladə vəziyyət elan edib. O, həmçinin 30 yaşlı prezident Ömər əl-Bəşirin devrilməsindən sonra ölkədə keçid dövrünü və ordu ilə mülki hakimiyyət arasında münasibətləri müəyyən edən konstitusiya bəyannaməsinin bir sıra maddələrinin icrasını dayandırıb.

Ölkədə 25 oktyabrda başlayan etiraz aksiyaları anlaşma memorandumunun imzalanmasından sonra azalsa da davam edir.

 



Әlaqәli Xәbәrlәr