Avropa Parlamenti Türkiyədəki suriyalı qaçqınlara əlavə vəsait ayrılmasını təsdiqləyib

Avropa Parlamenti (AP) Türkiyədəki qaçqınlara dəstək proqramına Avropa İttifaqının (Aİ) büdcəsindən təxminən 150 milyon avro əlavə vəsait ayrılmasını təsdiqləyib.

1738290

Fransanın Strasburq şəhərində keçirilən AP Baş Assambleyasının sessiyasında Aİ-nin 2021-ci il büdcəsinə dəyişiklik edilərək Türkiyədəki suriyalı qaçqınlara əlavə humanitar yardımın göstərilməsini ehtiva edən paket səsə qoyulub.

Avropa Parlamentinin deputatları sözügedən paketi 588 “Bəli”, 87 “Xeyr” və 14 “bitərəf” səsi ilə qəbul ediblər.

Buna görə, büdcə dəyişikliyi ilə Türkiyədəki suriyalı qaçqınlara təxminən 150 milyon avro əlavə vəsait ayrılacaq.

Sözügedən fond Türkiyədə qaçqın şəxslər üçün Sosial Birlik Yardımı (ESSN) proqramı çərçivəsində vəsait dəstəyini maliyyələşdirəcək.

Әlaqәli Xәbәrlәr