Jan Kasteks koronavirusa yoluxub

Fransanın Baş naziri Jan Kasteksin koronavirus testinin nəticələri müsbət çıxıb.

1737237
Jan Kasteks koronavirusa yoluxub

Fransanın Baş naziri Jan Kasteksin koronavirus testinin nəticələri müsbət çıxıb.

Özünü təcrid vəziyyətində işləməyə davam edə bilməsi üçün baş nazirin iş qrafiki yaxın günlərdə tənzimlənəcəyi bildirilib.

Qeyd edək ki, Kasteksin iki qızından biri daha əvvəl koronavirusa yoluxub.

Xatırladaq ki, Baş nazir “AstraZeneca” şirkətinin istehsalı olan peyvəndin hər iki dozasını vurdurub.

Digər tərəfdən, Belçikanın Baş naziri Aleksander De Kroo əvvəllər koronavirus testi müsbət çıxmış Fransanın Baş naziri Jan Kasteks ilə əlaqə saxladıqdan sonra özünü təcrid edib.

Yayılan məlumata görə, De Kroo çərşənbə axşamı səhər koronavirus testindən keçəcək. Baş nazir mənfi nəticə çıxana qədər karantində qalacaq.



Әlaqәli Xәbәrlәr