İlk olaraq İngiltərə bu mövzuda mühüm qərar verdi

... Ümumiyyətlə, bu ölkə 2030-cu ilə qədər benzin, qaz və ümumiyyətlə, qalıq yanacaqla çalışan maşın satışını dayandırmaq istəyir

1737621
İlk olaraq İngiltərə bu mövzuda mühüm qərar verdi

 

  İngiltərədə 2022-ci ildən etibarən tikiləcək bütün ev və iş yerlərində elektrikli maşın və digər vasitələr üçün yükləmə (şarj) modulu zəruriləşəcək.  

  Ölkələr karbon emisiyasını azaltmaq üçün addımlar atmaqdadır. Bunlardan biri də elektrikli maşınların yayılmasıdır.

  İlk olaraq İngiltərə bu mövzuda mühüm qərar verdi: hökumət 2022-ci ildən etibarən tikiləcək bütün ev və iş yerlərində elektrikli vasitələr üçün şarj moduluni zəruriləşdirdi.

  Böyük Britaniyada illik 145 min yeni elektrik yükləmə məntəqəsinin quraşdırılması planlaşdırılır. Beləcə, ev və iş yerlərində elektrikli vasitələri yükləmək asanlaşacaq. Bu vəziyyət həm də elektrikli maşın istifadəsini də artıracaq.

  Qeyd edək ki, İngiltərə hökuməti bundan əvvəl elektrik yükləmə stansiyalarının inşası üçün 660 milyon dollar ayrıldığını elan etmişdi. Ümumiyyətlə, bu ölkə 2030-cu ilə qədər benzin, qaz və ümumiyyətlə, qalıq yanacaqla çalışan maşın satışını dayandırmaq istəyir.



Әlaqәli Xәbәrlәr