ABŞ Rusiya şirkətini sanksiya siyahısına salacaq

ABŞ “Şimal axını-2” qaz kəməri layihəsində iştirak edən Rusiya ilə əlaqəli bir şirkət və iki gəminin sanksiya siyahısına salınacağını bəyan edib.

1737310
ABŞ Rusiya şirkətini sanksiya siyahısına salacaq

ABŞ “Şimal axını-2” qaz kəməri layihəsində iştirak edən Rusiya ilə əlaqəli bir şirkət və iki gəminin sanksiya siyahısına salınacağını bəyan edib.

ABŞ dövlət katibi Entoni Blinken 2019-cu il Avropa Enerji Təhlükəsizliyinin Qorunması Qanunu (PEESA) çərçivəsində “Şimal axını-2” qaz kəməri layihəsi ilə bağlı yenilənmiş hesabatı konqresə təqdim etdiklərini bildirib.

Blinken hesabatla bağlı verdiyi yazılı bəyanatda "Hesabatda "Şimal axını-2" qaz kəmərində yer alan iki gəmi və Rusiya ilə əlaqəsi olan "Transadria Ltd. PEESA" çərçivəsində sanksiya tətbiq olunacaq və onun gəmisi "Marlin" bloklanmış mallar kimi təsvir ediləcək" məlumatını çatdırıb.

Blinken bildirib ki, təqdim etdikləri hesabat ABŞ administrasiyasının “Şimal axını-2” qaz kəməri layihəsinin əleyhinə olmasının və PEESA qanununa sadiqliyinin göstəricisidir.

Blinken bu hesabatda yer alan sanksiyalarla indiyədək 8 nəfərə sanksiya tətbiq etdiklərini, "Şimal Axını-2" layihəsi ilə əlaqədar ümumilikdə 17 gəminin PESA çərçivəsində bloklanmış mülk kimi qeyd olunduğunu bildirib.
“Biz administrasiya olaraq sanksiyalarımızla başda olmaqla, “Şimal axını-2” qaz kəməri əleyhinə olmağa davam edərkən qaz kəmərinin Ukraynaya, cəbhə xətti NATO və Avropa İttifaqı (Aİ) ölkələrinə yönəlmiş risklərini azaltmaq və Rusiyanın enerji sahəsi daxil olmaqla zərərli fəaliyyətinin əleyhinə olmaq üçün Almaniya və digər müttəfiqlərimizlə işləməyə davam edəcəyik” -deyə E.Blinken qeyd edib.

Ümumi dəyəri təxminən 10 milyard avro hesablanan “Şimal axını 2” layihəsi ilə hər il 55 milyard kubmetr Rusiya qazının Baltik dənizi vasitəsilə Almaniyaya nəqli planlaşdırılır.

Ukrayna, Polşa və Baltikyanı ölkələrin tikintisinə qarşı olduqları layihənin tərəfdaşları arasında "Shell", "OMV", "Engie", "Uniper" və "Wintershall" kimi şirkətlər, həmçinin layihə sahibi "Qazprom" da var.



Әlaqәli Xәbәrlәr