ABŞ Bosniya və Herseqovinanın suverenliyini  dəstəklədiyini bildirib

Amerika Birləşmiş Ştatları (ABŞ) Bosniya və Herseqovinanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini daha bir  dəfə bəyan edib.

1737285
ABŞ Bosniya və Herseqovinanın suverenliyini  dəstəklədiyini bildirib

ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan Bosniya və Herseqovinanın ali nümayəndəsi Kristian Şmidtlə görüşüb.

Ceyk Sullivan telefon  danışığı  zamanı ABŞ-ın Bosniya və Herseqovinanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini vurğulayıb.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Emili Horn  danışıqla əlaqəli məlumat yayıb.  Bildirib  ki, Sullivan və Şmidtin arasında  dünən  baş  tutan  telefon danışığında, korrupsiya əleyhinə mübarizə və qeyri-hökumət  təşkilatlarının  dəstəklənməsinin vacibliyi mövzusunda həmfikir olduğunu qeyd  edib. 



Әlaqәli Xәbәrlәr