Qaçqınlar Belarus-Polşa sərhədində düşərgəni boşaldıblar

Belarus-Polşa sərhədində Avropaya köçmək istəyən insanlar sərhəd boyu qurduqları düşərgəni tamamilə boşaldıb və sərhəd bölgəsi daxilində Belarus hökumətinin hazırladığı qapalı əraziyə keçiblər.

1735964
Qaçqınlar Belarus-Polşa sərhədində düşərgəni boşaldıblar

Belarus-Polşa sərhədində Avropaya köçmək istəyən insanlar sərhəd boyu qurduqları düşərgəni tamamilə boşaldıb və sərhəd bölgəsi daxilində Belarus hökumətinin hazırladığı qapalı əraziyə keçiblər.

Belarusun Qrodno sərhədində Avropaya köçmək istəyən insanlar öz imkanları ilə meşəlik ərazidə və sərhəd məntəqəsində qurduqları düşərgələrdə əşyalarını noyabrın 18-də yığıblar.

Düşərgəni ilk olaraq əsasən İraq, Suriya, Əfqanıstan, İran və bəzi digər Asiya və Afrika ölkələrindən olan qaçqınlardan uşaqları olan ailələr tərk edib.

Qalan az saylı qaçqınların da axşam düşərgəni tərk etməsilə Polşa sərhədinə yaxın ərazi tamamilə boşaldılıb.

Belarus Dövlət Sərhəd Komitəsi bəyan edib ki, sərhəd məntəqəsində düşərgədə heç kim qalmadığından jurnalistlərin bu sahədə işləməyəcək, jurnalistlərin isə mühacirlərin məskunlaşdığı logistika mərkəzində işlərinə davam edə biləcək.

Belarus prezidenti Aleksandr Lukaşenkonun tapşırığı ilə qısa müddət əvvəl Bruzgi sərhəd məntəqəsində logistika mərkəzinin qapalı ərazisinə yerləşdirilən mühacirlərə tibbi yardım, isti yemək, su, gigiyena vasitələri və mütəkkə-yorğan-döşəkçə kimi əsas ehtiyaclar üçün yardımlar paylanılıb. 

Soyuq havada 10 gün çadırlarda qaldıqdan sonra qaçqın qrupları sürətlə mərkəzdəki qapalı əraziyə yollanıb.

Digər tərəfdən Belarus prezidentinin mətbuat katibi Natalya Eysmont bəyan edib ki, hazırda Belarus ərazisində 7 minə yaxın mühacir var və təxminən 2000 nəfər Belarus-Polşa sərhədindəki düşərgədə gözləyir. 200-500 nəfər arasında qaçqının isə Belarusun Avropaya olan digər sərhəd bölgələrində olduğunu qeyd edən Eysmont bu şəxslərin Polşa təhlükəsizlik qüvvələri tərəfindən Belarusa geri itələndiyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr