Meksikada narkotik şəbəkələr üzündən cinayətə qurban gedənlər

Meksikanın Sakatekas (Zacatecas) əyalətində 9-u üst keçiddən salladılmaqla 10 cəsəd tapılıb

1736139
Meksikada narkotik şəbəkələr üzündən cinayətə qurban gedənlər

 

  Meksikanın Sakatekas (Zacatecas) əyalətində 9-u üst keçiddən salladılmaqla 10 cəsəd tapılıb.

  Sakatekas İctimai Təhlükəsizlik İdarəsindən verilən məlumata görə, əyalətin Kuautemok (Cuauhtemoc) bölgəsindəki üst keçidin barmaqlıqlarına asılı 9, yolun kənarında isə 1 cəsəd tapılıb.

  Qurbanların onu da kişidir.

  Yerli mətbuatdakı xəbərlərə görə, noyabrın 15-ində də Sakatekasda körpüyə asılı 3 cəsəd tapılmışdı.

  Narkotik şəbəkələri üçün strateji əhəmiyyəti olan Sakatekas əyalətinin idarəsi üçün ölkənin ən güclü kartelleri – yeni nəsil Xalisko (Jalisco) və Sinaloa tez-tez qarşı-qarşıya gəlir. Bu səbəbdən 2020-ci ildə 1065, 2021-ci ilin ilk 7 ayında isə 800-dən çox adam həyatını itirib. Ümumi məlumata görə isə Meksikada 2021-ci ilin ilk 9 ayında 25 mindən çox adam narkotik cinayətinə qurban gedib.



Әlaqәli Xәbәrlәr