Kanadada sel təxminən 18 min insanı yerindən-yurdundan etdi

Bölgənin Baş naziri Con Horqan (John Horgan) bildirib...

1736116
Kanadada sel təxminən 18 min insanı yerindən-yurdundan etdi

 

  Kanadanın Britanya Kolumbiyası bölgəsində meydana gələn sel üzündən təxminən 18 min nəfər yerindən-yurdundan olub.

  Minlərlə evin ziyan gördüyü seldə Britanya Kolumbiyası rəhbərliyi Fövqəladə Vəziyyət elan edib.

  Bölgənin Baş naziri Con Horqan (John Horgan) bildirib: "Seldən 17 min 775 adam təsirlənib. Əyalət federal və yerli rəhbərliklər, fəlakətlə mübarizə aparan insan və qruplar, eyni zamanda, Fövqəladə Vəziyyət İdarəsinin personalı ilə birlikdə çalışır".

  Britanya Kolumbiyası rəhbərliyinin rəsmi internet saytından verilən məlumata görə, ərazidə Fövqəladə Vəziyyət 14 gün davam edəcək və lazım gəlsə, uzadılacaq. Bu qərar seldən təsirlənənləri qorumaq və ehtiyaclarını qarşılamaq üçün koordinasiyalı müdaxilə ünsiyyətini asanlaşdırmaq üçün verilib.



Әlaqәli Xәbәrlәr