Husilər bir həftə ərzində Qırmızı dənizin cənubuna 14 dəniz minası yerləşdirib

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası Yəməndə İranın dəstəklədiyi husilərin bir həftə ərzində Qırmızı dənizin cənubuna 14 dəniz minası yerləşdirdiyini açıqlayıb.

1735814

Koalisiya tərəfindən verilən və Səudiyyə Ərəbistanı mediasında yer alan açıqlamada açıqlamada "Husilər Qırmızı dənizin cənubunda düşməncəsinə davranış və təhlükəli addımlarla bir həftə ərzində 14 dəniz minası yerləşdirdilər" ifadələri işlədilib.

Açıqlamada koalisiya qüvvələrinin 2015-ci ildən bəri ticarət gəmiləri və neft tankerləri üçün təhlükə yaradan 222 dəniz minasını məhv etdiyi, dəniz minalarının Qırmızı dənizin cənubunda və Babül Məndeb boğazında dəniz naviqasiyası və qlobal ticarəti təhdid etdiyi bildirilib.

Qeyd edək ki, Yəməndə İranın dəstəklədiyi husilər 2014-cü ilin sentyabrından paytaxt Sana və bəzi bölgələrə nəzarət edir. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ilin mart ayından husilərə qarşı Yəmən hökumətinə dəstək verir.

Ölkədəki qarşıdurmaların son dövrdə hökumətin ən mühüm qalalarından biri olan, neft və təbii qaz yataqlarının yerləşdiyi Marib və ətraflarında artığı müşahidə olunur.

Әlaqәli Xәbәrlәr