Polşa-Belarus sərhədində mühacir böhranı davam edir

Polşanın Belarusla sərhədindəki Dubicze Cerkievne bölgəsində sərhədi keçməyə çalışan 100-ə yaxın qaçqın qrupunun saxlanıldığı bildirilib.

1735659
Polşa-Belarus sərhədində mühacir böhranı davam edir

Polşanın Belarusla sərhədindəki Dubicze Cerkievne bölgəsində sərhədi keçməyə çalışan 100-ə yaxın qaçqın qrupunun saxlanıldığı bildirilib.

Polşa Müdafiə Nazirliyi "Twitter"də etdiyi paylaşımda Dubicze Cerkievne sərhədini keçən qrupun əsgərlər tərəfindən saxlanıldığını göstərən görüntüləri paylaşıb.

Nazirliyin mövzuyla bağlı paylaşımda deyilir:

"Təxminən 100 nəfərlik mühacir qrupu təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Avropaya köçmək istəyən və iki ölkə sərhədində gözləyən şəxslər gecə saatlarında sərhədi keçməyə cəhd ediblər.

Sərhəddə gözləyənlərin Polşa tərəfinə keçməsi üçün Belarusun kömək etdiyi iddia edilən açıqlamada bir qrupun əsgərləri müxtəlif əşyalar ataraq məşğul etdiyini, digər qrupun isə başqa bir nöqtədə sərhədi keçməyə cəhd etdiyi bildirilib.

Qeyd edək ki, təxminən 3 aydır Avropaya mühacirət axtarışında Belarusdan Polşaya keçməyə çalışan bir çox insan sərhəd məntəqəsində gözləməkdə davam edir.

Polşa, Belarus və Rusiyanı əksəriyyəti Orta Şərq ölkələrindən gələn insanlardan Avropa İttifaqının (Aİ) təhlükəsizlik və sabitliyini təhlükəyə atmaq üçün istifadə etdiyini iddia edilərkən, ittihamları qəbul etməyən Belarus sərhəddə gözləyənlərin bu ölkəyə yox, Aİ-yə getmək istədiklərini, bu insanların Belarusda qalmaq istədədiklərini irəli sürür.

İki ölkə sərhədində soyuq hava şəraiti, qida çatışmazlığı və pis şərait səbəbindən 10-dan çox insanın öldüyü bildirilir.



Әlaqәli Xәbәrlәr