Pentaqon Türkiyə Silahlı Qüvvələrinin hərbi modernizasiya ehtiyacları ilə bağlı bəyanat yayıb

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ABŞ-ın "Türkiyə Silahlı Qüvvələrinin hərbi modernizasiya ehtiyaclarını bildiyini" açıqlayıb.

1735403
Pentaqon Türkiyə Silahlı Qüvvələrinin hərbi modernizasiya ehtiyacları ilə bağlı bəyanat yayıb

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ABŞ-ın "Türkiyə Silahlı Qüvvələrinin hərbi modernizasiya ehtiyaclarını bildiyini" açıqlayıb.

Noyabrın 16-da Pentaqonda Türkiyə-ABŞ müdafiə nazirlikləri arasında keçirilən Yüksək Səviyyəli Müdafiə Qrupu Toplantısı ilə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilib ki, ABŞ nümayəndə heyətinə rəhbərlik edən Müdafiə Nazirliyinin müşaviri Laura Kuper "Türkiyə Silahlı Qüvvələrinin hərbi modernizasiya ehtiyaclarını bildiklərini" söyləyib.

“Nümayəndə heyətləri ABŞ prezidenti Co Bayden və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, müdafiə naziri Lloyd Ostin və milli müdafiə naziri Hulusi Akar arasında aparılan danışıqlar əsasında bir çox funksional və regional məsələləri müzakirə ediblər” ifadəsi bəyanatda yer alıb.

Görüş zamanı Əfqanıstan, Afrika, Cənubi Qafqaz, Şərqi Aralıq dənizi və Orta Şərqdə terror və təhlükəsizlik məsələlərinin müzakirə edildiyinə diqqət çəkən Kuperin Qara dənizdəki də əməkdaşlığa xüsusi önəm verdiyi vurğulanıb.

Bəyanatda "Tərəflər ikitərəfli müdafiə əməkdaşlığını və uzunmüddətli müdafiə əlaqələrimizi inkişaf etdirmək məqsədimizi də müzakirə etdilər. Dövlət katibinin müşaviri Kuper ABŞ-ın NATO-ya verdiyi dəstəyin bir hissəsi olaraq Türkiyənin modernizasiya ehtiyaclarını bildiyini bir daha vurğuladı" ifadəsi işlədilib. 

Türkiyə Milli Müdafiə Nazirliyindən görüşlə bağlı verilən açıqlamada isə "nümayəndə heyətləri arasında görüşün müsbət və konstruktiv atmosferdə keçdiyi" bildirilib.



Әlaqәli Xәbәrlәr