Dünyada nə qədər bitki və heyvan növü məhv olmaq üzrədir?

Cenevrə mərkəzli Beynəlxalq Təbiəti Mühafizə Birliyi (İUCN) nəsli tükənmə təhlükəsində olan bitki və heyvan növlərinə dair yazılı məlumatda bildirib

1734266
Dünyada nə qədər bitki və heyvan növü məhv olmaq üzrədir?

 

  Dünya üzrə 1 milyondan çox bitki və heyvan növü məhvolma təhlükəsi ilə üz-üzədir.

  Cenevrə mərkəzli Beynəlxalq Təbiəti Mühafizə Birliyi (İUCN) nəsli tükənmə təhlükəsində olan bitki və heyvan növlərinə dair yazılı məlumatda bildirib: “8400 yaban bitki və heyvan növü həyati təhlükə altındadır, 30 minə yaxın növ isə qorumasız vəziyyətdədir.

  Təxminlərə görə, dünyada bir milyon bitki və heyvan növü yoxolma təhdidiylə qarşı-qarşıyadır.

  Qeyd edək ki, hər il 3 martda qeyd olunan BMT Ümumdünya Yaban Həyatı Gününün 2022-ci il üçün devizi "Ekosistemin yaxşılaşdırılması üçün mühüm canlı növlərinin qurtarılması" adı ilə təyin olunub.



Әlaqәli Xәbәrlәr